BMT-nin Baş katibi Antonio Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin mətbuat xidməti məlumat verib. Onlar regionda artan gərginliyi müzakirə ediblər.
Söhbət zamanı Baş katib üzv dövlətlərin beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə hörmət etmələri, təmkinli olmaları və regional sabitliyi qorumaq üçün gərginliyi azaltmaları ilə bağlı BMT-nin mövqeyini bir daha vurğulayıb.