İspaniyanın "Barselona" futbol klubu alman baş məşqçi Hans-Dieter Flikin müqaviləsini 2028-ci ilə qədər uzatmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məşqçinin hazırkı müqaviləsi 2025-ci ilin may ayında imzalanıb və 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
"Barselona" rəhbərliyinin həmçinin "Atletiko Madrid"dən argentinalı hücumçu Julian Alvaresi almaqda maraqlı olduğu bildirilir. "Bild"in məlumatına görə, bu, kluba ən azı 100 milyon avroya başa gələ bilər.
60 yaşlı Flik 2024-cü ilin may ayında "Barselona"nın məşqçisi vəzifəsinə başlayıb.