Məşhur reper 30 il həbs cəzasına məhkum edildi

14:38 - 17 Dekabr 2025 - Xəbər

Amerikalı reper Key Flok (əsl adı Kevin Perez) atışma və reketçilikdə günahlandırılaraq 30 il həbs cəzasına məhkum edilib.

Ucnoqta.az bildirir ki, ABC News bu barədə məlumat verir.

Xəbər agentliyinin məlumatına görə, reper 2018-ci ildən 2021-ci ilə qədər rəqib dəstələrlə dəfələrlə atışmalarda iştirak edən dəstəyə rəhbərlik etdiyinə görə həbs cəzasına məhkum edilib.

Nəticədə bir neçə nəfər yaralanıb. Key Flok həmçinin reketçilik və qətl cəhdində günahkar bilinib. Reper dəyişdiyini və səhvlərini etiraf etdiyini israr edib, lakin hökm çıxaran hakim həqiqi peşmançılıq görmədiyini bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxs dəfələrlə mahnı sözlərində zorakılığı təbliğ edib və cəmiyyətə böyük zərər vurub.

Key Flok 2021-ci ilin noyabr ayında "Billboard"un "Ayın Ən Yaxşı Yeni Sənətçisi" seçilib.

O, populyarlığının zirvəsinə 2022-ci ildə hip-hop/rep sənətçisi Cardi B. ilə birlikdə ifa etdiyi "Shake It" hit mahnısının çıxmasından sonra çatıb. 

Xəbər xətti