Avstraliya küçə nümayişləri ilə bağlı qanunvericiliyi sərtləşdirir

07:54 - 17 Dekabr 2025 - DÜNYA

Avstraliyanın Yeni Cənubi Uels Baş naziri Kris Minns vətəndaşların etiraz aksiyaları keçirmək hüquqlarını tənzimləyən qanunlarda tezliklə dəyişikliklər ediləcəyini açıqlaylb.

Ucnoqta.az xəbər verir ki, o, bunu Sidneydə jurnalistlərə verdiyi açıqlamada bildirib.

Minnsin sözlərinə görə, ştat hakimiyyəti bölgədə partlayış vəziyyətin qarşısını almaq üçün etiraz qanunlarını sərtləşdirmək niyyətindədir. "Əgər etirazlar indi Sidneydə baş verərsə, bu, cəmiyyətimiz üçün inanılmaz, dəhşətli nəticələrə gətirib çıxaracaq və kütləvi iğtişaşlara səbəb olacaq. Bu cür şeylər, xüsusən də beynəlxalq tədbirlərlə bağlı etirazlara gəldikdə, cəmiyyətimizi parçalayır", - deyə o bildirib.

Baş nazir hazırda Sidneydə baş verənlərlə bağlı narahatlığını vurğulayıb. "Hazırkı şəraitdə nümayişlər söndürülməsi mümkün olmayan alovu alovlandıra bilər. Buna görə də, bölgədə terrorizm təhlükəsi yaranarsa, Polis Komissarına etiraz aksiyaları keçirmək icazəsini rədd etməyə imkan verən dəyişikliklər etməyi nəzərdən keçiririk", - deyə o bildirib. Minns qarşıdan gələn qanunvericilik dəyişikliklərinin heç bir müəyyən vətəndaş qruplarına təsir etməyəcəyini vurğulayıb. Baş nazir aydınlıq gətirib ki, bu, terror təhlükəsi halında tətbiq olunan ümumi bir qayda olacaq.

"Əlbəttə ki, bu, insanların küçə küncündə toplaşmayacağına zəmanət vermir, amma nümayişlərin küçələrimizi doldurmamasını və cəmiyyətdə nifaq və bölünməyə səbəb olmamasını təmin edəcəyik".

Xəbər xətti