Sidneydə terror hücumu - 11 nəfər öldü

17:23 - 14 Dekabr 2025 - DÜNYA

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydəki hücumda 11 nəfərin öldüyünü rəsmi olaraq təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının rəhbəri Mal Lanyon məlumat verib.

Polisin məlumatına görə, hazırda Sidneydəki Bondi çimərliyində baş verən terror hücumunun 11 qurbanı haqqında məlumat təsdiqlənib, bir uşaq və iki polis əməkdaşı da daxil olmaqla daha 29 nəfər yaralanıb.

Hücum edənlərdən biri hadisə yerində güllələnib, digəri isə yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti