Florida ştatının Brevard dairəsində yüngül motoqlu təyyarə axşam saatlarında magistral yola təcili eniş edib.
Ucnoqta.az bildirir ki, FOX35 bu barədə 8 oktyabrda məlumat verib. Nəticədə təyyarə "Toyota Camry" markalı avtomobillə toqquşub və bir nəfər xəsarət alıb.
Təyyarədə iki 27 yaşlı kişi olub: Onlar heç biri xəsarət almayıb.
"Toyota Camry"nin 57 yaşlı qadın sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.
Təyyarənin məcburi eniş etməsinin səbəbi hələlik məlum deyil.