Husilər "Eternity C" gəmisinin heyətini azad ediblər

19:36 - 3 Dekabr 2025 - DÜNYA

Yəmən husiləri "Eternity C" gəmisinin heyətini azad ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Al Masirah məlumat yayıb. Daha əvvəl husilər çərşənbə axşamı batmış gəmidən doqquz heyət üzvünü azad etmək niyyətində olduqlarını açıqlayıblar. Əsir götürülən dənizçilərin hamısı Filippin vətəndaşlarıdır.
Onlar iyul ayında husilərin hücumuna məruz qalan və bir neçə gün ərzində batmış Eternity C ticarət gəmisinin heyətinin bir hissəsi idilər.

Gəmi batdıqdan sonra husilər naməlum sayda dənizçini xilas etdiklərini və onları təhlükəsiz yerə apardıqlarını bildirən video mesaj yayımlayıblar.

Xəbər xətti