Bir vəkilə xəbərdarlıq edildi, biri cərimələndi

16:30 - 3 Dekabr 2025 - Xəbər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Xəbər xətti