Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

09:08 - 3 Dekabr 2025 - ÖLKƏ İÇİ

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora "işə düzəltmə" vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İ. Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər xətti