Honkonqdakı yanğında ölənlərin sayı 150-ni ötdü

13:45 - 1 Dekabr 2025 - DÜNYA

Honkonqda baş verən yanğın nəticəsində ölənlərin sayı 151-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti şəhərin yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, yanğın nəticəsində dağıdılmış binaları yoxlayan xilasedicilər dekabrın 1-də daha beş cəsəd aşkar ediblər.

Yanğın Honkonqun "Yeni Ərazilər" adlanan Tay Po rayonundakı Vanq Fuk Kort kompleksində baş verib. Binalardan biri demək olar ki, zədələnməyib, yeddisi isə alov içində qalıb.

Xəbər xətti