Silvester Stallone ilə birlikdə "Rokki IV" filmində rol alan Hollivud aktyoru Dolf Lundqren, aktyor yoldaşını xəstəxanaya göndərdiyini danışdı.
Ucnoqta.az xəbər verir ki, o, bu hadisəni Fox News-a verdiyi müsahibədə bölüşdü.
68 yaşlı Lundqrenin sözlərinə görə, Stallone ilə döyüş səhnəsi Vankuverdə iki həftə ərzində çəkilib.
"Los-Ancelesə qayıdanda prodüser mənə növbəti iki həftə ərzində boş olacağımı dedi. Mən də dedim ki, "Əla, bəs nə oldu?" Məlum oldu ki, Slay xəstəxanadadır", - aktyor qeyd edib.
Lundqren həmçinin hadisəyə görə özünü günahkar hiss etdiyini vurğuladı, lakin aktyor yoldaşının da ona ciddi zərbələr endirdiyini etiraf etdi.