Qvineya-Bisauda bəzi sosial media platformalarına giriş məhdudlaşdırıldı

10:51 - 27 Noyabr 2025 - Xəbər

Qvineya-Bisauda hakimiyyəti ələ keçirən ordu, Qərbi Afrika ölkəsində Facebook, TikTok və YouTube da daxil olmaqla bəzi sosial media platformalarına girişin müvəqqəti olaraq məhdudlaşdırıldığını elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qvineya qəzeti "Democrato" məlumat yayıb.

Bu tədbir zorakılığa səbəb ola biləcək və ya dezinformasiya mənbəyi kimi xidmət edə biləcək məzmunun yayılma riskini minimuma endirmək məqsədi daşıyır. Bu arada, WhatsApp kimi bəzi digər rəqəmsal platformalar normal fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Ordu 26 noyabrda Qvineya-Bisauda hakimiyyəti ələ keçirərək prezident Oumarou Sisoka Embalonu devirdi.

Briqada generalı Denis N'Kanya milli televiziyada çıxış edərək Sisoka Embalonun səlahiyyətlərindən məhrum edildiyini və səlahiyyətin Nizamın Bərpası üzrə Ali Hərbi Komandanlığa verildiyini elan edib.

Xəbər xətti