Aİ gürcülər üçün vizasız səyahəti ləğv etsə ... - Gürcüstan XİN

00:04 - 27 Noyabr 2025 - DÜNYA

Avropa İttifaqı (Aİ) Gürcüstan vətəndaşları üçün vizasız səyahəti ləğv etmək qərarına gəlsə, strateji səhv edər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Boçorişvili deyib ki, Gürcüstan vizasız səyahət üçün zəruri tələblərin yerinə yetirilməsini təmin etmək üçün bir çox addım atıb ki, vətəndaşlarımız Aİ daxilində heç bir maneə olmadan səyahət edə bilsinlər.

"Deyərdim ki, əgər bu qərar Aİ tərəfindən verilərsə, bu, böyük strateji səhv olardı", - nazir bildirib.

Xəbər xətti