ABŞ CAR nümayəndələrini G20 sammitinə dəvət etməyəcək - CNN

22:39 - 26 Noyabr 2025 - DÜNYA

Vaşinqton administrasiyası 2026-cı ildə Floridada keçirilməsi planlaşdırılan Byük İyirmilik Qrupu (G20) tədbirlərinə Cənubi Afrika Respublikasının nümayəndələrini dəvət etmək niyyətində deyil.

Ucnoqta.az bildirir ki, bu barədə Amerika televiziya kanalı CNN məlumat verib.

Mənbəyə görə, ABŞ administrasiyası bunun əvəzinə Polşanı yuxarıda qeyd olunan tədbirlərdə yüksək səviyyəli iştirak üçün dəvət etməyi planlaşdırır.

Nəşr qeyd edir ki, Cənubi Afrikanın sammitdə iştirakına icazə verməmək Vaşinqton tərəfindən misli görünməmiş bir addım olardı.

Xəbər xətti