Oğuzda “BMW” aşdı - ölən var

21:16 - 25 Noyabr 2025 - ÖLKƏ İÇİ

Axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qəza yerini polis əməkdaşları nəzarətə götürüb, hüquq-mühafizə orqanlarının nümayəndələri təhqiqat aparır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər xətti