Sabah 600 abonnetin qazı kəsiləcək

17:39 - 25 Noyabr 2025 - Cəmiyyət

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Ucnoqta.az xəbər verir ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri, Çerkassi küçəsi, 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Xəbər xətti