Litva qonşu ölkədən buraxılan qaçaqmal siqaret daşıyan hava şarlarının hava məkanını pozması ilə bağlı Belarusa rəsmi etirazını bildirib.
Ucnoqta.az bildirir ki, Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi bu barədə məlumat verib.
Nazirliyə çağırılan Belarus səfirliyinin nümayəndəsinə məlumat verilib ki, Litva bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər tələb edir və sərhədin yenidən bağlanması da daxil olmaqla, cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Litva mülki aviasiya uçuşlarına təhlükə yaradan Belarusdan hava yolu ilə siqaret qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün 29 oktyabrda Belarusla sərhədini bir ay müddətinə bağlamaq qərarına gəlib. Vilnüs vəziyyətin yaxşılaşmasını nəzərə alaraq 20 noyabrda sərhədi yenidən açıb.