Yeni icra başçısı köməkçisini işdən çıxardı

10:37 - 25 Noyabr 2025 - Xəbər

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, noyabr ayının 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

Xəbər xətti