Keçmiş FTB direktoru və Nyu-York Baş Prokuroruna qarşı qaldırılan işlər ləğv edilib

00:00 - 25 Noyabr 2025 - DÜNYA

ABŞ-nin Virciniya ştatındakı federal rayon məhkəməsi keçmiş FTB direktoru Ceyms Komi və Nyu-York Baş Prokuroru Letitia Ceymsə qarşı qaldırılan işlərin ləğv edilməsi barədə qərar verib.

Ucnoqta.az xəbər verir ki, müvafiq qərarlar məhkəmənin elektron məlumat bazasına daxil edilib.

Hakim Kameron Karri bu qərarı həmin ştatın müvəqqəti federal prokuroru Lindsi Halliqanın vəzifəsinə düzgün təyin edilməməsi ilə izah edib. Halliqan Komi və Ceymsə qarşı ittiham irəli sürüb.
Hakim qərarında qeyd olunub ki, "Halliqanın düzgün təyin olunmamasından sonrakı bütün hərəkətlər, o cümlədən Ceymsə qarşı ittiham aktının hazırlanması və imzalanması, icra hakimiyyətinin düzgün həyata keçirilməməsidir və ləğv edilməlidir".

Oxşar qərar Komi işində də verilib.

Xəbər xətti