Daşqınlar səbəbindən şəhərin əhalisi təxliyyə edilir

16:05 - 24 Noyabr 2025 - DÜNYA

Tailandın cənubundakı Sonqxla əyalətinin hakimiyyəti daşqınların artması səbəbindən Hat Yai şəhərinin dərhal təxliyəsini əmr edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Tayland PBS" televiziya kanalı məlumat verib.

Şəhərdə təxminən 160.000 nəfər yaşayır. Sonqxla qubernatoru Rathasat Çitçu 21 noyabrdan bəri davam edən güclü yağışların yerli çaylarda suyun səviyyəsini daha da artıracağı gözlənildiyi üçün təcili təxliyə əmri verib.

Əyalətdəki ümumilikdə 16 rayon fəlakət zonası elan edilib.

Tailandın cənubundakı daşqınlardan 635.000-dən çox insan zərər çəkib. Bir ölüm hadisəsi qeydə alınıb. Bölgədə yağışların ən azı şənbə gününə qədər davam edəcəyi gözlənilir.

Xəbər xətti