Çili Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə diplomatik missiyanın yeni təyin olunmuş rəhbəri Brandon Caddın Cənubi Amerika ölkəsinin daxili işləri ilə bağlı etiraz notası təqdim edib.
Ucnoqta.az bildirir ki, nazirlik bu barədə öz saytında məlumat verib.
Nazirlik rəhbəri Alberto van Klaveren diplomatın açıqlamalarını yersiz və uğursuz adlandırıb.
"Bundan əlavə, biz hesab edirik ki, onun ölkəmizdəki daxili siyasi proseslərlə bağlı açıqlamaları dövlətimizin daxili işlərinə müdaxilə təşkil edir və biz bu mövqeyi ona etiraz notası ilə çatdırdıq", - deyə nazir bildirib.