Avtomobil yolu keçən polkovniki vurub öldürdü

14:11 - 21 Noyabr 2025 - HADİSƏ

Sumqayıtda kişi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Adil Namiq oğlu Ağayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yolu keçən piyada 1970-ci il təvəllüdlü polkovnik Yaqub Qərib oğlu Əhədovu vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Teleqraf"ın məlumatına görə, Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin keçmiş rəisidir. O, polkovnik rütbəsindədir.

Xəbər xətti