Çempionlar Liqasında Kadini bu oyunçu əvəz edəcək

10:49 - 21 Noyabr 2025 - İDMAN

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub.

Ucnoqta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Joni Montiel “Qarabağ”ın sifariş vərəqinə daxil edilib.

İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının “Çelsi” ilə oyununda (2:2) xəsarət alan braziliyalı uzun müddətə heyətdən kənarda qalacağı üçün onu Montiel əvəzləyib. Kadi 2025-ci ildə meydana çıxa bilməyəcək.

Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.

Qeyd edək ki, ilk 4 turda 7 xal toplayan “Qarabağ” növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-də oynanılacaq.

Xəbər xətti