Laporta Messinin "Barselona"ya qayıdacağından danışıb

00:47 - 21 Noyabr 2025 - İDMAN

Argentinalı hücumçu Lionel Messinin oyunçu kimi "Barselona"ya qayıtması qeyri-realdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Barselona" prezidenti Joan Laporta bildirib.

"Leo Messinin oyunçu kimi qayıtması sadəcə qeyri-realdır. Onun hazırda "İnter Mayami" ilə müqaviləsi var. Klub indiki və gələcək üçün bir layihə qurur. Bu çətindir və keçmişdə yaşayırsınızsa, irəliləməyiniz ehtimalı azdır", - Laporta bildirib.

Oktyabrın 23-də "İnter Mayami" Messi ilə müqavilənin 2028-ci ilin dekabr ayına qədər uzadıldığını elan etdi.

Xəbər xətti