İsrailin hücumları nəticəsində Qəzzada 25 nəfər öldü

00:11 - 20 Noyabr 2025 - DÜNYA

Fələstin HƏMAS hərəkatı İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində ən azı 25 nəfərin öldüyünü bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat dərc edilib.

Məlumata grə, İsrailin Qəzza və Xan Yunus şəhərlərinə endirdiyi hava hücumları nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla ən azı 25 nəfər həlak olub.

 HƏMAS öz yaraqlılarının İsrail qoşunlarına hücum etdiyini inkar edir və atəşkəs qüvvəyə minəndən bəri anklavda 300-dən çox fələstinlinin öldürüldüyünü iddia edir.

Xəbər xətti