Nömrə nişanlarında dəyişiklik

12:01 - 20 Noyabr 2025 - AVTO

Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qanun qüvvəyə minib.

Yeni qaydalara əsasən, dövlət qeydiyyat nişanlarında tətbiq olunan “mikroçip” elektron elementi, eləcə də rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib.

Aparılan dəyişikliklərə əsasən sürücülər bu məsələyə görə inzibati məsuliyyətə cəlb edilməyəcək. Yeni tələblərə əsasən, nömrə nişanları daha sadə və vahid formada hazırlanacaq.///Ajans.az

Xəbər xətti