Tramp bəzi Konqres üzvlərini mühakimə etmək istəyir

00:02 - 21 Noyabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Amerika hərbi qulluqçularını və kəşfiyyat rəsmilərini onun administrasiyasının əmrlərinə tabe olmamağa çağıran Konqres üzvlərini mühakimə etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livit bunu müntəzəm mətbuat brifinqində açıqlayıb.

"Bu ölkədə 1,3 milyon aktiv xidmətdə olan hərbçimiz var. Əgər onlar bu radikal çağırışı Konqresin oturan üzvlərindən eşitsələr, bu, xaosa, zorakılığa və komandanlıq zəncirini poza bilər", Levit deyib.

"Bu, qanunla cəzalandırıla biləcək çox, çox təhlükəli bir çağırışdır. Mən vəkil deyiləm; bu barədə qərar Ədliyyə Nazirliyi və Hərbi Nazirliyin səlahiyyətindədir", - deyə o əlavə edib.

"Hərbi qulluqçuları əmr zəncirini pozmağa təşviq etmək və fərz etmək Konqresin fəaliyyətdə olan üzvləri üçün çox təhlükəli bir hərəkətdir. Onlar məsuliyyət daşımalıdırlar. Və prezidentin istədiyi də məhz budur", - deyə Ağ Evin mətbuat katibi yekunlaşdırıb.

Xəbər xətti