Avropa İttifaqı (Aİ) Rusiya penitensiar sisteminin 10 əməkdaşına qarşı guya "ciddi insan haqları pozuntuları"na görə məhdudiyyətlər tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Sanksiyalara məruz qalanların adları hələ açıqlanmayıb. Qərar Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra açıqlanacaq.
Məhdudiyyətlərə Aİ-yə giriş qadağası və Aİ banklarındakı aktivlərin dondurulması daxildir.