Yol polisi bu küçədə yol hərəkəti qaydalarını pozur - FOTO

10:45 - 20 Noyabr 2025 - AVTO

Yasamal rayonu Mikayıl Müşfiq küçəsində DYP əməkdaşları demək olar ki, hər gün yol hərəkəti qaydalarını pozurlar.

Ucnoqta.az xəbər verir ki, apardığımız müşahidələrə əsasən Mikayıl Müşfiq küçəsində yol hərəkəti qaydalarını pozmuş sürücüləri dayanma-durmanın qadağan edildiyi avtobus dayanacağında saxlanılır. Bu isə həmin ərazidə avtobusların dayanacağa daxil olmasına maneçilik törədir, yolda sıxlığın yaranmasına səbəb olur. Bəs yol patrul xidməti əməkdaşlarının avtobus dayanacağında avtomobili saxlaması qanunla necə tənzimlənir? Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı saytımıza bildirdi ki, qanunvericiliyə görə, yol patrul xidməti əməkdaşı qayda pozan sürücüləri dayanma-durmanın qadağan edildiyi ərazilərdə saxlaya bilməz:
"Lakin bəzi ərazilər vardır ki, məsələn Neftçilər prospekti və s. yol polisi təlimatın tələblərindən kənara çıxırlar. Amma belə hal olduqda qadağan edilmiş yerdə saxlayan zaman sayrışan işıqlardan istifadə etməlidirlər. Bəzi yol patrul xidməti əməkdaşları bunun bəzən məcburiyyətdən və ya fərqində olmadan qaydaları pozurlar".

Xatrıladaq ki, İnzibati Xətalar Məcəlləsinə görə, avtobus dayanacaqlarında avtomobil saxlama 40 manat və 2 bal cərimə nəzərdə tutulur.

Emin


Xəbər xətti