Avropa İttifaqı qoşunların Avropada sərbəst hərəkətini təmin etmək üçün 2030-cu ilə qədər hərbi nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə 100 milyard avro sərmayə qoymaq niyyətindədir.
Ucnoqta.az bildirir ki, bu, Avropa Komissiyasının Qoşunlar və Hərbi Texnika üçün Avropa Yüksək Mobillik Bölgəsi və ya "hərbi Şengen" yaratmaq planında bildirilir.
"Avropa Komissiyası təcili modernləşdirmə tələb edən 500 nöqtədən ibarət dörd prioritet nəqliyyat dəhlizi müəyyən edib. Bu ehtiyaclar 2030-cu ilə qədər təxminən 100 milyard avro tələb edəcək" - sənəddə deyilir.