İyirmilik Qrupu (G20) ölkələrindən olan milyarderlərin sərvəti bir ildə 16,5% artaraq 15,6 trilyon dollara çatıb.
Ucnoqta.az bildirir ki, bu barədə beynəlxalq xeyriyyə və humanitar təşkilat Oxfam məlumat verib.
Təşkilat mətbuat açıqlamasında bildirib ki, G20 milyarderlərinin cəmi bir ildə yaratdığı sərvət - 2,2 trilyon dollar - 3,8 milyard insanı yoxsulluqdan xilas etmək üçün kifayətdir.
Sənəddə, buna nail olmaq üçün ildə 1,65 trilyon dolların lazım olduğu qeyd olunur.
Təşkilat qeyd edib ki, bu il G20-yə sədrlik edən Cənubi Afrika hökuməti bərabərsizliyi 22-23 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu edib.