19 noyabrda ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səuda ölkə iqtisadiyyatına investisiyanı 1,5 trilyon dollara çatdırmağı təklif etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda çıxış edərkən bildirib.
"Şəkil çəkdirəndə dedim ki, 'Bunu 1,5 trilyon dollara çatdıra bilərsinizmi?' Deməli, onun düşünəcək bir şeyi var", - Ağ Ev rəhbəri deyib.
Amerika prezidenti Səudiyyə şahzadəsindən aldığı cavabı açıqlamayıb, lakin ABŞ-ın "bir şey əldə edəcəyinə" ümid etdiyini bildirib.