Bu marketdə istehlaka yararsız məhsullar satılırmış - FOTO

11:25 - 19 Noyabr 2025 - ÖLKƏ İÇİ

Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Ucnoqta.az AQTA-ya istinadən xəbər verir ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.


Xəbər xətti