Dünyada 15 milyon yeniyetmə elektron siqaret istifadə edir - ÜST rəhbəri

12:39 - 18 Noyabr 2025 - DÜNYA

Elektron siqaret şirkətləri böyük mənfəət əldə etmək üçün məhsullarını gənclərə fəal şəkildə təbliğ edirlər.

Ucnoqta.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. ÜST rəhbərinin sözlərinə görə, bu vəziyyətdə məktəblər tütün və nikotinə qarşı mübarizədə yeni bir cəbhəyə çevrilib.

"Biz yeni bir reallıqla qarşılaşırıq: məktəblər tütün və nikotinə qarşı müharibədə yeni bir cəbhədir, burada şirkətlər yeni nəsil asılıları fəal şəkildə cəlb edirlər", - Qebreyesus bildirib.

Onun sözlərinə görə, elektron siqaret istehsalçıları insanların məhsullarının tütündən daha az zərərli olduğuna inanmalarını istəyirlər.
"Bu məhsulları istehsal edən şirkətlər zərərin azaldılması və ya ictimai səhiyyə maraqları ilə deyil. Onları bir şey motivasiya edir: səhmdarları üçün böyük mənfəət əldə etmək", - deyə ÜST rəhbəri bildirib.

O, xatırladıb ki, ÜST-ün məlumatlarına görə, dünyada təxminən 15 milyon yeniyetmə elektron siqaret istifadə edir.

ÜST bütün ölkələrə elektron siqaretləri "ən azı ənənəvi tütün məhsullarını tənzimlədikləri qədər ciddi şəkildə" tənzimləməyi tövsiyə edir, - deyə Qebreyesus yekunlaşdırıb.

Xəbər xətti