Filippində korrupsiyaya qarşı mitinqdə 650 min nəfər iştirak edib

15:32 - 17 Noyabr 2025 - DÜNYA

Filippin paytaxtı Manilada infrastruktur layihələrində korrupsiyaya qarşı keçirilən mitinqdə ilk gündə 650.000 iştirakçı, ikinci gündə isə 300.000-dən çox insan küçələrə çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Inquirer" qəzeti Metropolitan Polisinin məlumatlarına istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, 16 noyabrda keçirilən mitinqin ilk günündə iştirakçıların sayı 650.000 nəfərə çatıb. Qəzet qeyd edir ki, onların çoxu gecəni mitinqin keçirildiyi yerdə çadırlarda keçirib.

Hakimiyyət orqanlarının məlumatına görə, bazar ertəsi yerli vaxtla saat 16:00-a olan məlumata görə, etirazçıların sayı artıq təxminən 300.000 nəfərə çatıb. Təhlükəsizliyi 16.000-dən çox polis əməkdaşı təmin edir.

Manilada ictimai infrastruktur layihələrində korrupsiyaya qarşı mitinq 18 noyabr tarixinə qədər davam edəcək. Etirazın təşkilatçıları və iştirakçıları ölkənin daşqınlara nəzarət layihələrində korrupsiya qalmaqalının araşdırılmasında şəffaflığa çağırır və mənimsəmədə məsul şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Manila hakimiyyəti hələlik heç bir itki barədə məlumat verməyib. Polisin qeyd etdiyi kimi, mitinq dinc şəkildə davam edir.

Xəbər xətti