Maliyyə və mühasibatlıq sahəsində peşəkar mütəxəssis Faiq Abdullayevin MÜHASİBAT UÇOTU praktiki tətbiqi və nəzəri təhlili kitabının təqdimatı keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Auditorlar palatasının üzvü Mehdi Babayev, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, DOST Agentliyinin idarə heyətinin sədr müavini İlkin Məmmədov, Azərbaycan Auditorlar Palatasının əməkdaşı Qoşqar Əhmədov, Azərbaycan Beynəlxalq Bankının Baş məhsul sahibi Rüstəm Abbasov açılış niqtqi ilə çıxış ediblər.
Çıxışçılar Azərbaycan dilində və praktiki məsələləri əhatə edən ədəbiyyatın əhəmiyyətini vurğulayıblar. Daha sonra kitabın müəllifi və redaksiya heyəti kitabın yazılma üstubunu təqdim ediblər.