Dünən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 130 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, Kursk və Belqorod bölgələri üzərində 32 PUA, Voronej bölgəsi üzərində 20 PUA, Qara dəniz üzərində 17 PUA, Krım Respublikası üzərində 7 PUA, Orel bölgəsi üzərində 6 PUA, Krasnodar bölgəsi üzərində 5 PUA, Tambov bölgəsi üzərində 4 PUA, Rostov bölgəsi üzərində 3 PUA, Bryansk bölgəsi üzərində 2 PUA və Tula bölgəsi və Moskva bölgəsi üzərində hər biri bir PUA zərərsizləşdirilib.