Pakistan hava məkanını bağlayır

12:45 - 28 Oktyabr 2025 - Xəbər

Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanın qərbindəki Rajasthan və Qucarat əyalətlərində genişmiqyaslı hərbi manevrlər səbəbindən Hindistanla sərhəd əyalətlərində hava məkanını bağlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Economic Times qəzeti Pakistan Mülki Aviasiya İdarəsinə (PCAA) istinadən məlumat yayıb.

Qadağa Pəncab və Sind əyalətlərinin hava məkanında yerli və xarici aviaşirkətlərin uçuş marşrutlarına şamil edilir.

PCAA aviaşirkət heyətinə ehtiyatlı olmağı və alternativ uçuş marşrutlarından istifadə etməyi tövsiyə edib.

Xəbər xətti