26 yaşlı şəxsə qarşı quldurluq edənlər saxlanılıblar

14:03 - 27 Oktyabr 2025 - Xəbər

 Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 1480 manatını ələ keçiriblər.

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər- Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək saxlanılıblar. 

Araşdırma aparılır.

Xəbər xətti