Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək ölkədə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Qeyd olunub ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır".