Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Ucnoqta.az xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O bildirib ki, ayaqları şişib və yerimə problemi yaranıb:
"7 gündür reabilitasiya mərkəzində müalicə alıram. Ayaqlarımın problemi 60 faiz həll olunub. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın" deyə, A.Haşımova əlavə edib.