Sumqayıt şəhərində evlərin birindən oğurluq edilib.
Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsinin sakini polisə müraciət edərək yaşadığı evdən 300 manat və 2000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.
Əməli törətməkdə şübhəli bilinən R.Abbasova və A.İbrahimova saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.