"Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib".
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu ailə institutu üçün olduqca böyük faciəvi problemdir: "Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək".///"Unikal"