Rumıniya Ukraynaya qoşun yeritməyəcək, lakin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 4-də Rumıniya prezidenti Nikuzor Dan Antena 1 telekanalına müsahibəsində bildirib.
"Burada, Rusiya ilə yanaşı olan bir çox ölkələr bizimlə eyni qərar verdilər. Ukraynaya adam göndərməmək. Bunun əvəzinə biz bazalarımızdan istifadə etməklə əməliyyatlara logistik dəstək göstərəcəyik", - Dan qeyd edib.
Rumıniya prezidenti həmçinin ABŞ-ı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.