Məşhur muzeydən 9,5 milyon avroluq oğurluq

14:02 - 4 Sentyabr 2025 - HADİSƏ

Fransanın Limoges kommunasında yerləşən Adrien Dubouché Milli Farfor Muzeyi çərşənbədən cümə axşamına keçən gecə qarət edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Paris Match jurnalı mənbələrə istinadən məlumat yayıb. Zərər 9,5 milyon avro olaraq qiymətləndirilir.

Məlumata görə, fiziki şəxsə məxsus oğurlanmış eksponatlar müvəqqəti Çin çini sərgisində nümayiş etdirilib.

Hadisə səhər saat 3:30-da məlum olub, muzey işçiləri pəncərələrdə şübhəli izlər görüblər.

Faktla bağlı araşdırma aparılır. Mütəxəssislər dəyən ziyanı qiymətləndirməyə davam edir.

Xəbər xətti