Binəqədidə sex yanıb

10:21 - 3 Sentyabr 2025 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 5010 m² (hər mərtəbəsi 1670 m²) olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 m² olan sexin içərisində taxta və parçadan ibarət materiallar 30 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti