Kim Çen In Pxenyandan qatarla Çinə yola düşüb

15:11 - 1 Sentyabr 2025 - DÜNYA

KXDR lideri Kim Çen In Pxenyanı qatarla tərk edərək, İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı şənliklərdə iştirak etmək üçün Çinə gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi KXDR-dəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət işləri sədri yerli vaxtla günortadan sonra paytaxtı tərk edib. Cənubi Koreya qeyd edir ki, Kim Çen In ilk dəfə çoxtərəfli diplomatik tədbirdə iştirak edəcək.

Xəbər xətti