ABŞ prezidenti Donald Trampın keçmiş vəkili və Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani Nyu-Hempşirdə avtomobil qəzası keçirərək xəstəxanaya aparılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun təhlükəsizlik rəhbəri Maykl Raqusa məlumat verib.
Məlumata görə, Giuliani yüksək sürətlə magistral yolda arxadan vurulub. O, yaxınlıqdakı xəstəxanaya aparılıb.
Nümayəndə qeyd etdiyi kimi, zədələrinə baxmayaraq, 81 yaşlı Giulianinin səhhəti yaxşıdır.