Husilər 11 üzvünün öldüyünü təsdiqləyiblər

11:58 - 1 Sentyabr 2025 - DÜNYA

Ənsar Allah hərəkatı Yəmənin husilərin nəzarətində olan ərazisini idarə etmək üçün yaradılmış hökumətin 11 üzvünün öldüyünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmən üsyançılarına məxsus Səba xəbər agentliyi məlumat yayıb.

İsrailin avqustun 28-də Yəmənin paytaxtı Sənaya endirdiyi zərbə nəticəsində ədliyyə naziri Mücahid Əhməd, iqtisadiyyat naziri Muein əl-Mahakri, kənd təsərrüfatı naziri Radvan ər-Rubai, xarici işlər naziri Camal Amer, energetika naziri Əli Həsən, mədəniyyət naziri Əli əl-Yəfai, əmək naziri Samir Hamads, informasiya naziri Samir Hamads, Əl-Mövlud, hökumət kansleri Məhəmməd əl-Qabsi və Nazirlər Şurasının katibi Zahid əl-Amdi öldürülüb.

Xəbər xətti