Əfqanıstanda baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500 nəfər yaralanıb
Ucnoqta.az bildirir ki, Reuters agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, xilasedicilər dağıntıları təmizləyir və yaralıları təhlükəsiz yerlərə çatdırırlar.
09:39
Əfqanıstanda baş verən zəlzələ nəticəsində 500-ə yaxın adam ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTA telekanalı məlumat verib.
Qeyd olunur ki, mindən çox insan yaralanıb.
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.